CHP spiker postuna namizəd irəli sürdü

CHP spiker postuna namizəd irəli sürdü

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentin spikeri postuna namizəd irəli sürüb.

Partiyanın parlamentin sədri postuna namizədi Ankaradan deputat seçilən Tekin Bingöldür.

Parlamentin spikeri sabah seçiləcək. Hakim partiya Numan Kurtulmuşu namizəd kimi irəli sürüb.

Qeyd edək ki, parlamentin spikeri gizli səsvermə yolu ilə seçilir. Seçkinin birinci turunda namizəd 400 səs toplamalıdır. İlk turda heç bir namizəd qeyd olunan səs çoxluğunu toplaya bilməsə, növbəti turlarda ən çox səs qazanan şəxs spiker seçiləcək.

Cebhe.info