Özgür Özəl Akşenerin görüşünə güllə gəldi - FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İYİ Partiyanın sədri Meral Akşenerlə görüşüb.
Cebhe.info xəbər verir ki, tərəflər İYİ Partiyanın qərargahında görüşüblər.
Özəli görüşdə CHP-nin baş katibi Selin Sayek Böke, sədr müavinləri Gökhan Zeybek, Gül Çiftçi və Qrup sədr müavini Gökhan Günaydın müşayiət edib.
CHP lideri görüşün ardından ittifaq sözündən artıq yorulduqlarını, bundan sonrakı müddətdə işbirliyi edib-etməyəcəkləri barədə müzakirə apardıqlarını açıqlayıb. İYİ Partiya sədri isə Özəlin işbirliyi təklifini müzakirə edəcəklərini bəyan edib.
Görüşdən paylaşılan fotolarda Özgür Özəlin Akşenerə gül dəstəsi verdiyi görünür.
Elmir Mustafa
Cebhe.info