Çin daha 9 ölkəyə birtərəfli viza azadlığı verəcək
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreya vətəndaşlarının viza liberallaşdırılmasından faydalanacaqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu ölkələrin pasport sahibləri 8 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında 15 gündən çox olmayan müddətə Çinə vizasız səyahət edə biləcəklər.
Viza azadlığı biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.
Nigar Hacılı
"Cebheinfo.az"