Çin və ABŞ arasında növbəti GƏRGİNLİK

Çin və ABŞ arasında növbəti GƏRGİNLİK

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin (Mao Ning) paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-ın ticarət proteksionizm motivi ilə hərəkət etdiyini və Çin istehsalı olan avtomobillərin Amerika bazarına daxil olmasını əngəlləmək istədiyini bildirib.

"Cebhe.info" xəbər verir ki, bazar rəqabətində Çin istehsalı olan avtomobillərin "ədalətsiz tətbiqləri" ilə deyil, texnoloji yenilikləri və üstün keyfiyyəti ilə seçildiyinə diqqət çəkən Mao ABŞ-nin bazar iqtisadiyyatına və ədalətli rəqabət prinsiplərinə hörmət etməyə və ayrı-seçkilik, təzyiq göstərməməyə çağırıb.

Ləman İsmayıl
"Cebhe.info"