Çində avtomobil yolu çökdü: 48 nəfər öldü

Çində avtomobil yolu çökdü: 48 nəfər öldü

Çinin cənubundakı Quanqdonq əyalətinin Meycou şəhərində dünən baş verən sürüşmədə avtomobil yolunun çökməsi nəticəsində həyatını itirənlərin sayının 48-ə yüksəldiyi bildirilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Sürüşmə nəticəsində magistralın çökməsi zamanı 23 avtomobilin açılan boşluğa düşdüyü bildirilib. Qəza nəticəsində 48 nəfərin öldüyü, 30 nəfərin yaralandığı qeyd edilib.

Xatırladaq ki, son iki həftədə Quanqdonq əyalətinin bəzi bölgələrində rekord miqdarda yağıntı qeydə alınıb.

Aprelin əvvəlində Meycou vilayətinin bəzi kəndlərində daşqınlar baş verib. Meycou əyalətində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsinə səbəb olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, gecə saat 02:00 radələrində magistralın bir zolağı uçub və yolda hərəkət edən avtomobillər boşluğa yuvarlanıb.

Sosial şəbəkələrdə yayılan foto və videolarda magistralın dağılmış hissəsinə yığılmış avtomobillərin qalıqlarından qara tüstü çıxdığı görünür.

 Nigar Hacılı 
"Cebhe.info"