ÇXR Sədri Trampa qarşı sui-qəsd cəhdinə görə narahatlığını ifadə edib

ÇXR Sədri Trampa qarşı sui-qəsd cəhdinə görə narahatlığını ifadə edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən təsirləndiyini açıqlayıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin Donald Trampın güllələnməsindən narahatdır”, - açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

"Cebhe.info"