Daha bir ölkə Ukraynaya tank göndərəcək

Daha bir ölkə Ukraynaya tank göndərəcək

Finlandiya Ukraynaya "Leopard" tanklarının tədarükü layihəsində iştirak etməyə hazırlaşır.

Cebhe.info xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mikko Savola deyib.

"Beynəlxalq ictimaiyyətin "Leopard"ın Ukraynaya təhvil verilməsi ilə bağlı qərarı var. Finlandiya da bu işdə iştirak etmək niyyətindədir. Lakin təhlükəsizlik məsələsinə görə, Finlandiyanın bu layihəyə töhfəsi çox böyük və əhəmiyyətli ola bilməz”, - deyə nazir bildirib.

Naibə
Cebhe.info