Daşınmaz əmlak sahibəri üçün ağrılı proses başladı

Daşınmaz əmlak sahibəri üçün ağrılı proses başladı

Türkiyədə milyonlarla daşınmaz əmlak sahibini ən çox narahat edən kirayə bəyannaməsinin verilməsi prosesi artıq başladı.

"Cebhe.info" xəbər verir ki, 21 min lirədən çox kirayə gəliri əldə edən mülk sahibləri bəyannamə təqdim etmək məcburiyyətindədirlər.

Gəlirlər İdarəsi kirayəçiləri də prosesə daxil etməklə vergi itkisinin qarşısını almağı hədəfləyir.

Kirayə gəliri əldə edən əmlak sahibləri bəyannamələrini martın 1-dən aprelin 1-dək (31 mart həftəsonuna təsadüf etdiyi üçün) təqdim edə biləcəklər.

Elektron şəkildə təqdim edilməli olan bəyannamələr vaxtında təqdim edilmədikdə, qanun pozuntusuna görə xüsusi cəza tətbiq olunacaq. 

Bundan əlavə, vergi vaxtında hesablanmadıqda, verginin bir misli miqdarında vergi zərəri üçün cərimə tətbiq ediləcək.

Ticarət, kənd təsərrüfatı və ya peşə qazancını bəyan etməli olanlar, illik 21 min lirədən çox mənzil kirayə gəliri əldə edənlər, əməkhaqqının ümumi məbləği, daşınan kapital, daşınmaz əmlak sərmayəsi gəlirləri və ya birlikdə qazandıqları digər qazanc və gəlirlər, 2023-cü il üçün təyin olunan 550 min lirəni keçənlər, icarə gəlirlərini vaxtında bəyan etməyənlər ya da natamam bəyan edənlər istisnadan yararlana bilməyəcək.

2023-cü ildə yaşayış yerlərindən illik 21 min lirədən və müəssisələrdən 150 min lirədən çox kirayə gəliri əldə edən daşınmaz əmlak sahibləri gəlir vergisi ödəyəcək.

2023-cü ildə illik 21 min lirə və ya daha az mənzil kirayəsi gəliri əldə edənlər gəlir vergisi ödəməyəcəklər. 2024-cü il üçün gəlir vergisi istisnası 33 min lirə olaraq açıqlanıb.

Nigar
"Cebhe.info"