Daxili orqanlarında 9 kiloqram qızıl gətirdilər - VİDEO
Türkiyənin Qaçaqmalçılıqla Mübarizə İdarəsi İzmirdə yerləşən Adnan Menderes Hava Limanında əməliyyat keçirib.
Modern.az-ın məlumatına görə, əməliyyat nəticəsində Dubaydan Türkiyəyə gələn Özbəkistan vətəndaşı olan 6 qadından külli miqdarda qızıl aşkarlanıb.
Onlardan hər birinin çəkisi təxminən 110 qram olan 82 qızıl külçəsi, 18 oyun konsolu və nəzarətçi, 3 ədəd mobil telefon (iPhone 16) götürülüb.
Həmçinin qadınların daxili orqanlarından hər biri 110 qram olan 84 ədəd qızıl külçələri (təxminən 9 kiloqram) aşkarlanıb. Cərrahi əməliyyatla külçələr götürülüb. Ümumilikdə dəyəri 55 milyon lirə olan 18.5 kiloqram qızıl ələ keçirilib.
Qaçaqmalçılıqda iştirak edən qadınlar həbs edilib.
"Cebheinfo.az"