Donetsk vilayətində müharibə müddətində ölən uşaqların sayı açıqlanıb

Donetsk vilayətində müharibə müddətində ölən uşaqların sayı açıqlanıb

Rusiyanın başladığı genişmiqyaslı müharibə nəticəsində Ukraynanın ən qaynar döyüş bölgəsi olan Donetsk vilayətində ölən uşaqların sayı bəlli olub.

Vilayətin hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna bildirilib ki, müharibə başlayandan bəri Donetsk vilayətində 148 uşaq öldürülüb, 290 uşaq yaralanıb:

"Bu, tam məlumat deyil. Yalnız hələlik əlimizdə olan sənədləşdirilmiş və təsdiqlənmiş məlumatdır. Çünki vilayətin hələ də işğal altda əraziləri var və oradakı faktları hələ dəqiqləşdirə bilməmişik. Mariupol və Volnovaxa şəhərləri haqqında məlumat təxminidir. İşğal altda olan Mariupolda indiyədək 92, Volnovaxada isə 3 uşağın ölümü sənədləşdirilib", - məlumatda bildirilir.

Cebhe.info