Dünya tarixində bir ilk olacaq

Dünya tarixində bir ilk olacaq

Böyük Britaniyada iyulun 4-də erkən parlament seçkilərinin keçirilməsi qərara alınıb. Məhz seçkilərində ən diqqət çəkən namizədlərdən biri isə iş adamı Stiv Endakottdur.

"Cebhe.info" xəbər verir ki, Endakott süni intellektin yaratdığı deputat namizədi ilə seçkilərə hazırlaşır. Endakotun yaratdığı süni intellekt parlament seçkilərində qalib gəlsə, bu, dünyada bir ilk olacaq.

O, dünyanın ilk süni intellektli deputatı kimi tarixə düşəcək.

İş adamı Stiv Endakottun rəhbərlik etdiyi süni intellekt üzrə deputatlığa namizəd mənzildən tutmuş zibil yığımına, immiqrasiyadan geylərin hüquqlarına qədər müxtəlif mövzularda ideyalar təklif edir və seçicilərlə danışıqlar aparır.

Bəzi seçicilər süni intellektli deputatlar ideyasına müsbət yanaşsalar da, Böyük Britaniya seçki komissiyası süni intellektli deputatlara müsbət baxmır.

Komissiya qeyd edib ki, seçkidə süni intellektdən istifadə edən namizədlər qalib gələrsə, süni intellektdən istifadə edən namizəd deyil, həmin namizəd parlament üzvü sayılacaq.

Ləman İsmayıl
"Cebhe.info"