Dünyanın gözlədiyi görüş: Rusiya-ABŞ danışıqlarından İLK GÖRÜNTÜLƏR

Dünyanın gözlədiyi görüş: Rusiya-ABŞ danışıqlarından İLK GÖRÜNTÜLƏR

Səudiyyə Ərəbistanında dünyanın gözlədiyi ABŞ-Rusiya danışıqları başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.

Danışıqlar Səudiyyə Ərəbistanının krallıq ailəsinə aid saraylardan birində - Diriyah sarayında keçirilir.

Nümayəndə heyətlərinin üzvləri böyük dördbucaqlı stolun ətrafında əyləşiblər. Rusiya tərəfi sağda, Amerika tərəfi solda oturub. 

Masanın başında Səudiyyə Ərəbistanının nümayəndələri dayanır. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev də görüş yerindədir və danışıqlar artıq başlayandan sonra mətbuata bir sıra şərhlər verib.

Görüş yerinə eyni vaxtda Rusiya və Amerika mediasının nümayəndələri gətirilib, binanın müxtəlif yerlərində rus və amerikalı jurnalistlər gözləyirlər. Danışıqçılar artıq masa arxasında əyləşəndə ​​mətbuat otağa daxil olub.

Girişdə Rusiya Federasiyasının, ABŞ-nin və Səudiyyə Ərəbistanının bayraqları asılıb, yerə bənövşəyi xalça sərilib.

Xəzər

"Cebheinfo.az"