Dünyanın sonu yaxınlaşır: Yalnız 5 ölkə... - ARAŞDIRMA

Dünyanın sonu yaxınlaşır: Yalnız 5 ölkə... - ARAŞDIRMA

Artan əhali, iqlim və enerji böhranı, su qıtlığı sayəsində yavaş-yavaş dünyanın sonuna yaxınlaşırıq.

Elm adamları isə 5 ölkənin nə olursa-olsun ayaqda qalacağını açıqlayıb.

Cebhe.info xəbər verir ki, tədqiqatçılar yaşanacaq iqlim böhranları səbəbiylə "su müharibələri"nin qapıda olduğu vurğulayıb.

Qiyamət ssenarisi baş verərsə, Yeni Zellandiya, İrlandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya əyalətində heç bir zərər yaşanmayacaq.

Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.

Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv edilməsi, COVID-19-dan daha təhlükəli pandemiyadır və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.

"Sustainability" jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq satın aldıqları bildirilib.

İngiltərədəki Anglia Ruskin Universitetinin Qlobal Davamlılıq İnstitutunun professoru Aled Cons bildirib ki, Yeni Zellandiyanın siyahımızda olması bizi təəccübləndirmir:

"Belə qənaətə gəldik ki, sərhədlərin asanlıqla mühafizə oluna bildiyi və iqlimi mülayim olan ərazilər ən təhlükəsiz ərazilərdir. Böyük Britaniyanın mümkün fəlakətə qarşı güclü olması isə bizi çox təəccübləndirdi. Ölkədə əhali sıx yaşayır və ənənəvi olaraq qidaların çox hissəsi xaricdən istehsal olunur. Hazırda o, öz qidasının yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı var".

Naibə
Cebhe.info