Ədən körfəzində ard-arda zəlzələlər baş verib - FOTOLAR

Ədən körfəzində ard-arda zəlzələlər baş verib - FOTOLAR

Ədən körfəzi bir-birinin ardınca baş verən zəlzələlərlə sarsılıb.

Səhər saatlarından başlayaraq bölgədə altı zəlzələ olub ki, ən güclüsü 5,8 bal şiddətində olub.

İlk zəlzələ 5,2 bal gücündə baş verib. Bundan 6 dəqiqə sonra 4,9 bal, 8 dəqiqə sonra yenidən 4,9 bal, daha sonra 4,6 bal, sonra 4,8 və nəhayət ən son 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

İlk zəlzələlər yerin 40 kilometr altında baş verdiyi halda sonuncu zəlzələ yerin 10 kilometr dərinliyində olub.

Həmçinin 4.6 bal gücündə afterşoklar da qeydə alınıb.

Zəlzələlər Yəmən və Somalidə güclü hiss olunub.

Cebhe.info