Eks-prezident Kılıçdaroğlunu dəstəklədi

Eks-prezident Kılıçdaroğlunu dəstəklədi

“Millət İttifaqı”nın prezidentliyə namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər ilə görüşüb.

Cebhe.info-nun məlumatına görə, görüş Əhməd Necdət Sezərin Ankara şəhərinin Gölbaşı rayonundakı evində baş tutub.

Sezerin xahişi ilə görüş kütləvi informasiya vasitələrinin iştirakı olmadan keçirilib və təxminən 50 dəqiqə davam edib.

Kılıçdaroğlunu maşınına yola salan Sezer jurnalistlərin “Kılıçdaroğlunun namizədliyini dəstəkləyirsinizmi” sualına “Bəli” cavabını verib.

Müşfiq Abdulla
Cebhe.info