Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib

Ekvadorda 6,9 bal gücündə zəlzələ baş verib

Ekvadorda yerli vaxtla saat 12:12-də baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb.

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

***

Saat 21:25

Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 85 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdu.

Cebhe.info