Ən isti iyul: Temperatur normadan artıq olub
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) ölçmələrinə görə, ötən ay indiyədək müşahidə edilən “ən isti iyul” kimi qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, NOAA tərəfindən edilən şərhdə, iyul ayında ölçülən orta qlobal səth temperaturunun 20-ci əsrin orta göstəricisindən 1,21 dərəcə yüksək olduğu bildirilib.
NOAA-nın 175 illik qlobal məlumatlarına görə, tarixdə "ən isti iyul" eyni zamanda ən yüksək temperatura malik ardıcıl 14-cü ay olub.
Bəyanatda həmçinin qeyd olunub ki, Afrika, Avropa və Asiya qitələri tarixdə “ən isti iyulu” yaşasa da, Şimali Amerika “ikinci ən isti iyul”u yaşayıb.
Digər tərəfdən, eyni ayda ölçülən dəniz səthinin temperaturu "ikinci ən isti iyul" olaraq qeyd edildi.
Ətraf Mühit üzrə Milli Mərkəzin (NCEI) qlobal illik temperatur reytinqinə əsasən, 2024-cü ilin rekord "ən isti il" olma ehtimalı yüzdə 77, ən isti 5 il arasında olma ehtimalı isə 100 %-dir.
Nigar Hacılı
"Cebheinfo.az.info"