Ərdoğan: BMT TŞ 5 ölkənin döyüş meydanına çevrilib
“Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, dünya bu gün yeni bir qlobal boranla üz-üzədir. Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün səylər göstərir, tərəfləri danışıqlar masasına qaytarmağa çalışır.
Cebhe.info