Ərdoğan CHP lideri ilə görüşəcək: 8 il sonra ilk

Ərdoğan CHP lideri ilə görüşəcək: 8 il sonra ilk

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl ilə görüşəcək.

“Cebhe.info” xəbər verir ki, görüş yerli vaxtla saat 16:00-da baş tutacaq.

Tərəflər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında bir araya gələcəklər. Görüşdə Konstitusiya dəyişiklikləri müzakirə olunacaq. 

Bununla da 2016-cı ildən bəri ilk dəfə AKP və CHP liderləri arasında görüş keçiriləcək.

Elmir Mustafa
“Cebhe.info”