Ərdoğan İtaliyanı Fələstini dövlət kimi tanımağa çağırıb

Ərdoğan İtaliyanı Fələstini dövlət kimi tanımağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Melonini Fələstini dövlət kimi tanımağa çağırıb.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ərdoğan C.Meloni ilə telefon danışığı aparıb.

Türkiyə Prezidenti C.Meloniyə İtaliyanı tarixin doğru tərəfində görmək istədiyini bildirib. O, İspaniya, İrlandiya və Norveç kimi bu ölkənin də Fələstin dövlətini tanımasına çağırıb.

Dövlət başçısının sözlərinə görə, Qəzzada dərhal və daimi atəşkəsin təmin edilməsi ilə yanaşı, Türkiyənin prioriteti girovların və həbsdə olanların azad edilməsi, zolağa humanitar yardımın fasiləsiz çatdırılması olaraq qalır.

"Cebhe.info"