Ərdoğan rəsmən prezidenliyə namizəd oldu

Ərdoğan rəsmən prezidenliyə namizəd oldu

Türkiyənin indiki rəhbəri Rəcəb Tayyib Ərdoğan rəsmən ölkə prezidentliyinə namizəd olub.

Cebhe.info xəbər verir ki, yerli “BirGün” qəzeti belə yazır.

Onun Ali Seçki Şurasına (YSK) namizədliyi üçün ərizəni hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Respublikaçılar Alyansına daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) təmsilçiləri təqdim ediblər.

Martın əvvəlində Ərdoğan 2023-cü il mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq işlərinə başlanılması barədə fərman imzalayıb. Fevralın əvvəllərində baş verən zəlzələlərə görə seçki vaxtı dəyişdirilməyib.

Rusyanın Yaxın Şərq problemləri üzrə ekspert Stanislav Tarasov Ərdoğanın yenidən prezident seçilmə ehtimalını dəyərləndirib. Onun fikrincə, hazırkı Türkiyə lideri prezident seçkilərinin birinci turunda qalib gələ bilər.

Xəzər
Cebhe.info