Ərdoğan Rusiya - Ukrayna müharibəsini müzakirə edib

Ərdoğan Rusiya - Ukrayna müharibəsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşündə iştirak edib.

Bu barədə Türkiyə Prezident Administrasitası məlumat yayıb.

Görüş zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini sülhlə bitirmək üçün səy göstərdiyini bildirib.

Ərdoğan bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması məqsədi ilə Türkiyənin diplomatiyaya üstünlük verdiyini bildirib.

Görüşdə həmçinin Türkiyə-Aİ münasibətləri, terrorla mübarizə, suriyalı miqrantlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi baş tutub.

Cebhe.info