Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Ərdoğan Səudiyyə Ərəbistanına gedib

Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak etmək üçün saat 08:45-də “CAN” adlı şəxsi təyyarə ilə Səudiyyə Ərəbistanına gedib. 

Ərdoğan Səudiyyə Ərəbistanına səfərindən sonra Azərbaycana gedərək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) iştirak edəcək.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın gərgin diplomatik turu davam edir.

Prezident Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin, AK Partiya sədr müavini Efkan Ala və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğan və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da Səudiyyə Ərəbistanına gedib.

Yaxın Şərqdə artan gərginliyi azaltmaq məqsədilə Ərəb Liqasının ortaq təşəbbüsü ilə təşkil edilən toplantıya qatılacaq Ərdoğanın bir çox liderlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Ərdoğan Səudiyyə Ərəbistanına səfərindən sonra Azərbaycana gedərək İqlim Sammitində iştirak edəcək.

Nigar
"Cebheinfo.az"