Ərdoğanın ABŞ səfəri yaya qaldı

Ərdoğanın ABŞ səfəri yaya qaldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti zamanı ABŞ-a səfər edə bilər.

Yenisabah.az “Yeni Akit”ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında deyib.

O bildirib: “Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb”.

Diplomat qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.

Xatırladaq ki, Ərdoğanın ABŞ-a səfəri mayın əvvəlinə planlaşdırılmışdı.

"Cebhe.info"