Erməni nazir: “Sülh müqaviləsi ilə kifayətlənməməliyik”

Erməni nazir: “Sülh müqaviləsi ilə kifayətlənməməliyik”

“Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir”. 

“Cebhe.info” “Sputnik Qazaxıstan”-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Almatıda azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüşündə deyib.

 "Biz daha da irəli gedə bilərik. Regionda bütün nəqliyyat kommunikasiyalarını blokdan çıxara bilərik", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq məqsədi daşıyır.

 "Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik", - o vurğulayıb.

 Xatırladaq ki, mayın 10-da Qazaxıstanın naziri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılır.

Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Almatıda xarici işlər nazirləri arasında danışıqların 2 gün davam edəcəyini bildirib.

Xəzər
“Cebhe.info”