Ermənistan hakimiyyətində kompromat davası

Ermənistan hakimiyyətində kompromat davası

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasında bir-birinin ardınca qalmaqallar baş verir. 

Məlumatların sızması ilə nə qədər mübarizə aparılsa da, bu, yenə davam edir. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Johovurd” qəzeti yazıb. 

Qeyd edilir ki, İrəvan merinin müavini Armen Pambuxçyanın komandasında ciddi problemlər var və Andranik Köçəryanın da iştirak etdiyi "Vətəndaş Müqaviləsi"nin İdarə Heyətinin iclaslarının birində onun məsələsi qaldırılıb. 

“Vətəndaş Müqaviləsi”nin deputatı Andranik Köçəryan digər komanda yoldaşları ilə yanaşı, Armen Pambuxçyanın bir sıra korrupsiya sövdələşmələrində iştirakını sübut etmək üçün ona qarşı kompromatlardan ibarət bütöv bir qovluq təqdim etdiyini əvvəllər yazmışdıq. Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan həmin gün qapalı keçirilən kollegiya iclasında Andranik Köçəryanın Armen Pambuxçyanla bağlı açıqlamalarının reallıqdan uzaq olmadığını açıqlayıb.

Xüsusilə, Armen Pambuxçyanın sabiqlərlə sıx əlaqələri olması, eləcə də onun iştirakı ilə korrupsiya əməliyyatları aparılması faktları üzə çıxıb”,-deyə qəzet yazır.

Müşfiq Abdulla 
“Cebheinfo.az”