Ermənistan İrandan daha çox qaz alacaq

Ermənistan İrandan daha çox qaz alacaq

İran və Ermənistan arasında enerji məsələlərində əməkdaşlıq genişlənir. 

Cebhe.info “Azad İran”-a istinadən xəbər verir ki, Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan ölkəsinin İranla qaz və elektrik enerjisi sahəsində əməkdaşlığının genişləndiyini açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan hər il İrandan 365 milyon kubmetr qaz idxal edir. 

2023-cü ilin avqustunda Ermənistan və İran "elektrik enerjisi müqabilində təbii qaz" müqaviləsinin 2030-cu ilə qədər uzadılmasına dair sənəd imzalayıb.

Sanosyan qeyd edib ki, İran-Ermənistan təbii qaz kəməri İrandan daha çox qaz nəql etmək gücünə malikdir və yeni boru xəttinə ehtiyac yoxdur.

Yunis Abdullayev
Cebhe.info