Baş nazir müavinləri nələri müzakirə ediblər?

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və onun rusiyalı həmkarı Aleksey Overçuk arasında müzakirə baş tutub.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Tərəflər Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında inteqrasiya əməkdaşlığı və birlikdə iqlim tənzimlənməsinin yaxınlaşdırılması zərurətini müzakirə ediblər.
Avrasiya İqtisadi İttifaqı ölkələrinin ərazilərində Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat infrastrukturunun inkişafı da müzakirə olunub.
"Cebhe.info"