Ermənistanda Suriya bayrağı endirildi

Ermənistanda Suriya bayrağı endirildi

Ermənistanın Suriyadakı səfirliyi üzərindən Bəşər Əsədin prezidentliyi dövründə mövcud olmuş dövlət bayrağı çıxarılıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu qərar Suriyanı 24 ilə yaxın idarə edən Bəşər Əsəd rejiminin devrilməsindən və “Heyət Təhrir əl-Şam” qruplaşmasının faktiki lideri əl-Colaninin hakimiyyətə gəlməsindən sonra qəbul edilib. Səfirliyin binasında müxalifət tərəfindən qəbul edilmiş yeni bayraq asılıb. Suriya müxalifəti Əbu Məhəmməd əl-Colaninin yaxın müttəfiqi Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətinin qurulduğunu elan edib.

 Müşfiq Abdulla 
“Cebheinfo.az”