Ermənistanın Hindistandan ilginc silah İSTƏYİ

Ermənistanın Hindistandan ilginc silah İSTƏYİ

Ermənistan Rusiya istehsalı olan Su-30SM qırıcılarından ibarət kiçik donanmasını təkmilləşdirmək üçün Hindistandan kömək istəyib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hindustan Times” yüksək vəzifəli rəsmilərə istinadən yazır. 

Hindistan mətbuatının yazdığına görə, Ermənistanın ümid bəslədiyi Su-30-un modernləşdirilməsinə avionika, elektron döyüş sistemləri və silahlar daxildir.

“Biz Su-30 qırıcılarımızı Hindustan Aeronautics Limited (HAL) şirkətinin köməyi ilə modernləşdirmə imkanını nəzərdən keçiririk, çünki o, bu sahədə böyük təcrübəyə malikdir”,  - deyə KİV Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Hovhannes Vardanyandan  sitat gətirir. 

HAL Hindistan Hərbi Hava Qüvvələri üçün Rusiya istehsalı olan döyüş təyyarələrini Naşikdəki təyyarə istehsalat bölməsində lisenziya əsasında istehsal edir.

Vartanyanın sözlərinə görə, o, Codhpur Hava Bazasında təşkil edilən Beynəlxalq Müdafiə Aviasiyası 2024 Sərgisində Müdafiə Qərargahının rəisi general Anil Çauhan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.

Yüksək rütbəli Hindistan rəsmisi Ermənistanın Su-30-un HAL tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, bununla bağlı bəzi danışıqlar gedir, lakin onlar ilkin mərhələdədir.

“Ermənistanın idarə etdiyi Su-30 variantı Hindistan Hərbi Hava Qüvvələrində xidmətdə olan Su-30-dan fərqlidir. Ona görə də regiondakı mürəkkəb dinamika ilə yanaşı, bu aspekt də nəzərə alınmalıdır, o cümlədən Hindistanın uzunmüddətli və etibarlı müdafiə tərəfdaşı olan Rusiyanın Ukrayna ilə müharibə başlayandan sonra Azərbaycanla yaxınlaşması”, - deyə adının çəkilməsini istəməyən rəsmi bildirib. 

Xəzər
“Cebheinfo.az”