Ersin Tatara fəxri doktor diplomu təqdim edildi

Ersin Tatara fəxri doktor diplomu təqdim edildi

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinin "Fəxri doktoru" adına layiq görülüb.

“Cebheinfo.az” xəbər verir ki, Texniki Universitetin rektoru Vilayət Vəliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara fəxri doktor diplomunu təqdim edib.



Ersin Tatar diploma görə Texniki Universitetin rektoruna təşəkkür edib.

Qeyd edək ki, Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.

“Cebheinfo.az”