Əş-Şəra: "Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var"

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəra Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.
Bu barədə Əş-Şəra ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.
“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, - məlumatda bildirilir.
Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib.
"Cebheinfo.az"