Əsəd Şeybani: "Türkiyənin təhlükəsizliyi Suriyanın da təhlükəsizliyidir"

Biz sanksiyaların tamamilə aradan qaldırılmasını istəyirik. İnsanların daha yaxşı iqtisadi şəraitdə yaşaya bilməsi üçün bu sanksiyalar aradan qaldırılmalıdır.
Bu barədə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani TRT Haber kanalına müsahibəsində bildirib.
O, Əsəd rejimindən qaçan 15 milyondan çox suriyalının öz evlərinə qayıtmasını da vacib hesab etdiyini qeyd edib.
Şeybani “Türkiyənin təhlükəsizliyi Suriyanın da təhlükəsizliyidir” deyə vurğulayaraq, terrora qarşı tez hərəkətə keçəcəklərini deyib.
“Cebheinfo.az”