Əsir düşən ukraynalı hərbçidən şok etiraf: Raket təlimi...

Əsir düşən ukraynalı hərbçidən şok etiraf: Raket təlimi...

Əsir düşən ukraynalı əsgər Hotenko bəyan edib ki, Ukrayna ordusunda yeni çağırışçılara tank əleyhinə idarə olunan raket təlimi raketsiz verilir.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi əsir düşən ukraynalı əsgər Yevgeni Hotenkonun dindirilməsinə dair görüntüləri paylaşıb.

Ukrayna ordusunda tank əleyhinə raket operatoru olduğunu bildirən Hotenko, təlim bölməsində çox az vaxt keçirdikdən sonra yalnız bir dəfə raket atdığını bildirib.

Ukraynalı hərbçi xidmət etdiyi bölmənin Fransa-Almaniya istehsalı olan “Milan” tank əleyhinə yüngül piyada raketindən istifadə etməli olduğunu, lakin raket olmadığı üçün işə qəbul olunanlara raketi yalnız bir dəfə atmağın yollarını göstərdiyini bildirib.

Bölüyündəki bütün əsgərlərin 40 yaşdan yuxarı olduğunu bildirən Hotenko, əslində təslim olduğu Kursk bölgəsinə özündən xəbərsiz gəldiyini ifadə edərək, “Komandirlərimiz əslində bizi Sumi bölgəsinə göndərməyə söz vermişdilər” deyib.

Rusların mütəmadi olaraq yemək, tibbi xidmət və siqaretlə təmin etdiyini deyən Hotenko, Ukrayna ordusunun özgə torpaqlarda cinayət törətdiyini və bundan qaça bilməyəcəklərini qeyd edərək, yoldaşlarını təslim olmağa çağırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"