Fələstin lideri gələn həftə Türkiyəyə səfər edəcək

Fələstin lideri gələn həftə Türkiyəyə səfər edəcək

Fələstin xarici işlər naziri Maliki Fələstin Prezident Mahmud Abbasın gələn həftə Türkiyəyə gələcəyini açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, Antalya Diplomatik Forumunda çıxış edən Fələstinin xarici işlər naziri Maliki Fələstin Prezidenti Mahmud Abbasın Ankaraya gələcəyini deyib.

Türkiyə ilə Fələstin arasında tarixi əlaqələrin olduğunu bildirən Maliki Türkiyənin bütün platformalarda Fələstini dəstəklədiyini deyib. 

“Ərdoğan və Mahmud Abbas daim təmasdadır. Biz Türkiyəyə verdiyi dəstəyə görə minnətdarıq. O, davamlı olaraq humanitar yardım göndərir. Türkiyənin dəstəyinə arxalana biləcəyimizi ürəyimizdə hiss edirik”.

Müşfiq Abdulla
“Cebhe.info”