Fələstin və İsraildən Antalyaya gələnlərin sayı açıqlandı

Fələstin və İsraildən Antalyaya gələnlərin sayı açıqlandı

Bu ilin 9 ayında müharibə şəraitində olan Fələstin və İsraildən Antalyaya gələn turistlərin sayı bərabər olub.

"Cebheinfo.az" xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr dövründə Antalyaya gələnlərin ümumi sayı 7,6 faiz artaraq 14 milyonu keçib. Xarici ziyarətçilərin sayı 7,5 faiz, vətəndaşların sayı isə 8,6 faiz artıb.

Bu dövrdə müharibə şəraitində olan Fələstin və İsraildən gələn turistlərin sayı bərabər olub.

Fələstin 4 mini keçərkən, İsraildən 4351 nəfər gəlib. 2023-cü ilin eyni dövründə Fələstindən 8,2 min, İsraildən isə 271,2 min nəfər gəlib.

Nigar
"Cebheinfo.az"