Fırtınanın Krıma vurduğu ziyan açıqlandı

Fırtınanın Krıma vurduğu ziyan açıqlandı

Krımda son qasırğanın təsdiqlənmiş zərəri 1,3 milyard rublu (14 milyon dollar) keçib.

Cebhe.info xəbər verir ki, bu barədə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib:

"Hazırda icra orqanlarının verdiyi xəbərə görə, 1 349 270 855 rubl dəyərində itki təsdiqlənib. Bələdiyyələr də 802 630 438 rubl dəyərində itkilər barədə məlumat veriblər ki, bunun da 250 milyon rublu Baxçasaray vilayətindəki fövqəladə vəziyyətlə bağlıdır".

Konstantinov bildirib ki, 43,7 min nəfərə yaxın insan, 3 yaşayış binası və 35 ictimai obyekt istiliksiz qalıb, 116 icmada su təchizatı qismən kəsilib, 159 fərdi yaşayış evi, iki yaşayış binası və 100 bağ sahəsi su altında qalıb:

“Eyni zamanda 66-sı uşaq olmaqla 438 nəfər, təxliyə edilib”.

Xatırladaq ki, noyabrın 27-nə keçən gecə və səhər Rusiyanın Qara dəniz sahillərini silkələyən qasırğa böyük daşqınlara səbəb olub. Zərər çəkmiş bölgələr arasında Krım, Sevastopol, Krasnodar, Stavropol, Rostov, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri var. Qasırğa zamanı ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.

Nigar Hacılı 
Cebhe.info