Fransa Martinikdə komendant saatının müddətini uzadıb
Fransa Martinik bölgəsində sentyabrda qiymət artımında başlayan kütləvi etirazlar fonunda komendat saatının müddəti 1 həftə uzadıb.
APA “Reuters“ə istinadən xəbər verir ki, Martinik administrasiyası oktyabrın 21-i yerli vaxtla saat 05:00-a qədər komendant saatı tətbiq ediləcəyini və insanlara yalnız iş və ya sağlamlıq səbəbləri ilə səyahət etmək və ya küçədə olmaq icazəsi veriləcəyini açıqlayıb.
Qeyd edək ki, komendant saatının müddətinin oktyabrın 14-də başa çatması nəzərdə tutulurdu.
"Cebheinfo.az"