Fransa Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaş oldu

Fransa Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaş oldu

Fransa və Səudiyyə Ərəbistan strateji tərəfdaş oldular. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistana 3 günlük rəsmi səfər edib. 

Səfər çərçivəsində iki ölkə arasında müdafiə, enerji, mədəniyyət və bir çox sahələri əhatə edən münasibətbətlərin genişləndirilməsi barədə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. 

Prezident Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Paris və Ər-Riyad arasında münasibətləri daha da genişləndirmək, xüsusilə müdafiə və enerji sahələrində əlaqələri dərinləşdirmək barədə razılığa gəliblər. 

Makron və Salman həmçinin 2025-ci il fevralın 10-11-də Parisdə keçirilməsi planlaşdırılan Süni İntellekt (AI) Fəaliyyət Sammitinin hazırlanmasında əməkdaşlıq etmək barədə də razılığa gəliblər.

Eyni zamanda Makron və Salman Yaxın Şərqdə mövcud siyasi vəziyyəti də müzakirə ediblər. 

Hər iki lider münaqişələrin, xüsusən də Qəzzada gərginliyin azaldılması üçün dilomatik-siyasi addımların atılmasının zəruriliyini vurulayıb. 

Onlar dərhal atəşkəsin təmin olunması, girovların azad edilməsi, humanitar yardımın çatdırılması və iki dövlət həllinə əsaslanan siyasi həll yolunun axtarılması istiqamətində birgə əməkdaşlığın davam etdirilməsinə sadiq olacaqlarına bildiriblər.

Bununla yanaşı, liderlər İsrail və Livan arasında atəşkəsin təminatına yönələn diplomatik səyləri davam etdirəcəklərini diqqətə çatdırıblar. 

Yunis Abdullayev 
“Cebheinfo.az”