Fransada aksiyaçılar Makronu fitə basıb - VİDEO

Fransada aksiyaçılar Makronu fitə basıb - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Hautes-Alpes əyalətinin Savines-le-Lak kəndinə səfər edib və pensiya islahatlarına qarşı etiraz edənlər onu fitə basıb.

Bu barədə “Le Parisien” nəşri yazıb.

Qeyd olunub ki, aksiya iştirakçıları oturaq aksiya keçirib, Makrona qarşı müxtəlif şüarlar səsləndirib və Prezidentin korteji keçərkən onu fitə basıb.

Nəticədə polis qüvvələri ilə qarşıdurma yaranıb, toqquşma zamanı həbs olunanlar və xəsarət alanların olduğu bildirilib.

Cebhe.info