Fransada antisemitizm halları üç dəfə artıb

Fransada antisemitizm halları üç dəfə artıb

Fransanın daxili işlər naziri Jerald Darmanen il ərzində ölkədə antisemitizm hallarının üç dəfə artdığını bildirib.

Bu barədə "France Info" radiostansiyası məlumat yayıb.

"Ötən ilin payızından bəri antisemitizm aktlarının sayı üç dəfə artıb, bu ilin birinci yarısında isə belə halların sayı 887-yə çatıb", - məlumatda bildirilib.

2023-cü ilin birinci yarısında Fransada 304 antisemitizm aktı qeydə alınıb. Nazir hesab edir ki, Fransa “son dərəcə güclü antisemitizm dalğası” ilə üz-üzədir.

"Cebheinfo.az"