Fransada daha bir böhran başlayıb

Fransada daha bir böhran başlayıb

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı islahatlara etiraz edənlərin başlatdığı aksiyalar davam etdiyi bir dövrdə digər böhran özünü göstərib.

Cebhe.info xəbər verir ki, Fransada başda paytaxt Paris olmaqla bir çox şəhərlərdə pensiya islahatının parlamentdə səsverməyə çıxarılmadan hökumət tərəfindən qəbul edilməsinə etirazlar davam edir.

Parisdə nümayişçilər Saint-Lazare stansiyası, Respublika və Bastiliya meydanları kimi müxtəlif nöqtələrdə toplaşıb. Nümayişçilərin əksəriyyəti isə gənclərdir. Təmizlik işçilərinin aksiyası nəticəsində 2 həftəyə yaxındır paytaxt küçələrində qalaqlanan zibil qutularını devirən nümayişçilər zibilləri yandırıblar.

Parisdə gecə yarısına qədər davam edən nümayişlərə polisin sərt müdaxiləsi nəticəsində saxlanılanların sayı 113-dən 243-ə yüksəlib. Polisdəki mənbələr onlardan 240-nın yandırma səbəbi ilə saxlanıldığını bildirib.

Digər tərəfdən, islahat əleyhinə yanacaq emalı zavodlarında tətillər səbəbindən ölkədə yanacaq qıtlığı yaranıb. Bir çox bölgələrdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, qubernatorluq bəzi neft emalı zavodlarında tətil edənlər üçün “məcburi əmək” proseduru tətbiq edib.

Xatırladaq ki, pensiya yaşını mərhələli şəkildə 64-ə yüksəldəcək islahatla 2027-ci ildə tam pensiya almaq üçün bir şəxs 43 il müddətində sığorta haqqı ödəməlidir. İslahata qarşı çıxanlar pensiya yaşının daha 2 il uzadılmasının əleyhinədirlər.

Nigar
Cebhe.info