Fransanın Şri-Lanka səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Fransanın Şri-Lanka səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

Bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirilib.

Xarici İşlər Nazirliyi Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktenin qəfil vəfatı ilə əlaqədar dərin kədər hissi keçirir <…> Nazirlik bu kədərli vaxtda Fransanın Şri Lankadakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Dəfn mərasimi ilə bağlı müvafiq orqanlar tərəfindən məlumat veriləcək”, – XİN-in press-relizində diqqətə çatdırılıb.

Xarici siyasət idarəsi fransız diplomatın ölüm səbəbini açıqlamasa da, yerli “The Daily Mirror” qəzeti 53 yaşlı Paktenin infarktdan keçindiyini bildirib.

"Cebhe.info"