FTB-dən aktyorlarla bağlı açıqlama
ABŞ Federal Təhqiqat Bürosu (FTB) Çinlə əlaqəsi olan aktyorların “geniş və ciddi kibercasusluq kampaniyası” çərçivəsində ABŞ hökumət işçilərini hədəf aldığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, FTB və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyi (CISA) tərəfindən "Çinin kommersiya telekommunikasiya infrastrukturunu hədəf alması" ilə bağlı birgə bəyanat verilib. İstintaq nəticəsində “böyük və ciddi” kibercasusluq kampaniyasının üzə çıxdığı bildirlib:
“Biz müəyyən etdik ki, Çinlə əlaqəli aktyorlar dövlət fəaliyyətində iştirak edən insanların şəxsi rabitəsini əldə etmək üçün bir çox telekommunikasiya şirkətinin şəbəkələrinə daxil olublar”.
Açıqlamada konkret kimin hədəf alındığı bildirilməyib, lakin hadisə ilə bağlı istintaqın davam etdiyi vurğulanıb. FTB və digər ABŞ agentlikləri hələ də casusluq kampaniyasının bütün miqyasını araşdırır. Oktyabrın 25-də Federal Təhqiqatlar Bürosunun verdiyi açıqlamada “ABŞ hökumətinin Çin Xalq Respublikasına bağlı aktyorların kommersiya telekommunikasiya infrastrukturuna icazəsiz girişini araşdırdığı” bildirilib.
“New York Times” qəzeti də oktyabrın 25-də iddia edib ki, hakerlər Donald Tramp və Ceyms Devid Vensin telefonlarını hədəf alıblar. Lakin hələlik onların telefonlarının dinlənilməsi ilə bağlı heç bir sübut tapılmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"