Georgiyeva yenidən BVF-nin rəhbəri seçilib

Kristalina Georgiyevanın Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri vəzifəsinə yenidən seçildiyi açıqlanıb.
"Cebhe.info" xəbər verir ki, BVF-dən verilən açıqlamada, İcraçı Direktorlar Şurasının oktyabrın 1-dən etibarən Kristalina Georgiyevanı ikinci 5 illik dövr üçün BVF prezidenti vəzifəsinə seçdiyi bildirilib.
Qərarın yekdilliklə qəbul edildiyi bildirilən bəyanatda qeyd olunub ki, Georgiyevanın səlahiyyət müddəti ərzində bir sıra böyük qlobal sarsıntılarla mübarizədə "güclü və çevik" rəhbərliyi yüksək qiymətləndirilib.
Bəyanatda deyilir ki, idarə heyəti Georgiyevanın effektiv siyasi məsləhətləri, potensialın yaradılması və maliyyələşdirmə vasitəsilə fond üzvlərinə dəstəyini gücləndirdiyi qeyd edilib.
Georgiyeva yenidən BVF-nin rəhbəri seçildikdən sonra verdiyi açıqlamada ikinci 5 illik müddətə prezident kimi vəzifəsini davam etdirməkdən şərəf duyduğunu deyib. Georgiyeva qlobal çağırışların öhdəsindən gəlmək üçün səylərini davam etdirəcəklərini bildirib.
BVF-nin son illərdə üzv ölkələrə pandemiyalar, müharibələr və qarşıdurmalar, yaşayış dəyəri böhranı da daxil olmaqla ardıcıl sarsıntıların öhdəsindən gəlməyə kömək etdiyinə diqqət çəkən Georgiyeva, makroiqtisadi və maliyyə sabitliyi, böyümə və məşğulluq baxımından artan əhəmiyyətinə paralel olaraq, iqlim dəyişikliyi, münaqişə və rəqəmsal transformasiya ilə bağlı işlərini də sürətləndirdiyini deyib.
Georgiyeva, BVF-nin maliyyə dəstəyi, siyasət tövsiyələri və potensial inkişaf etdirmə işlərinin ölkələrin yüksək qeyri-müəyyənlik və ani iqtisadi şərait dəyişikliklərinin öhdəsindən gəlmək qabiliyyətinə töhfə verdiyini və plkələrin bir araya gələrək qlobal çətinlikləri aşmağa davam edəcəklərinidaha "effektiv, kəskin və səmimi" bir mühit yaratmağa çalışdıqlarını davam edəcəklərini bildirib.
Qeyd edək ki, Bolqarıstan vətəndaşı olan Georgiyeva 2019-cu ildən BVF-nin rəhbəridir. Georgiyeva əvvəllər Dünya Bankında və Avropa Komissiyasında müxtəlif vəzifələrdə çalışıb.
Beş illik səlahiyyət müddəti sentyabrın 30-da başa çatacaq Georgiyeva fondun növbəti prezidentinin seçki prosesində yeganə namizəd kimi irəli sürülüb.
Nigar
"Cebhe.info"