"Google" bu funksiyanı ləğv etdi

"Google" bu funksiyanı ləğv etdi

Amerikanın texnologiya korporasiyası "Google"nin süni intellekt (AI) çatbotu "Gemini" tarixi personajların təsvirlərindəki yanlışlıqlardan sonra insan şəkilləri yaratmaq funksiyasını dayandırıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Google" şirkəti məlumat yayıb.

"Biz “Gemini”-nin təsvir xüsusiyyəti ilə bağlı son problemləri həll etmək üçün çalışırıq. Bu arada, biz bu funksiyanı dayandıracağıq və çox yaxında təkmilləşdirilmiş versiyanı buraxacağıq", - deyə "Google"-dan bildiriblər.

Görüntü yaratma təsvirlərinin təkmilləşdirilməsi üçün işlərin aparıldığı və bir çox insanın istifadə etdiyi bu xüsusiyyətin hədəfi qaçırdığı qeyd olunub.

Xatırladaq ki, "Google"-un süni intellektlə dəstəklənən şəkil yaratma proqramı "Gemini", “ağlara qarşı irqçilikdə” günahlandırıldı.

Yaradılan insan şəkillərinin əksəriyyətinin ağ rəngdə olmadığı müşahidə edildikdən sonra istifadəçilər, "Gemini" tətbiqinə ağ insanlara qarşı irqçi olduğunu əsas gətirərək reaksiya veriblər.

Qeyd edək ki, "Google" bu ayın əvvəlində "Gemini" süni intellekt platforması vasitəsilə təsvir yaratmaq funksiyasını işə salmışdı 

Nigar Hacılı 
"Cebhe.info"