Gözlər 2 gün sonraya dikilib: Dolların taleyi həll olunacaq

Gözlər 2 gün sonraya dikilib: Dolların taleyi həll olunacaq

Martın 20-də Nyu-Yorkun COMEX birjasında keçirilən ticarət zamanı qızılın aprel fyuçerslərinin qiyməti bir unsiya üçün iki min dolları ötüb.

Belə ki, bir unsiya üçün qiymət 2014,9 dollara yüksəlib.

Cebhe.info xəbər verir ki, beləliklə qiymət keçən il aprelin 18-dən bəri ilk dəfə belə həddə çatıb.

“Bloomberg” yazır ki, mənfi və gözlənilməz hadisələr zamanı ənənəvi müdafiə aktivi hesab edilən qızılın dəyəri investorların qlobal bank sektorundakı vəziyyətlə bağlı narahatlıqları fonunda artır.

Bu yaxınlarda böhran həddində olan “Swiss Credit Suisse”-nin UBS tərəfindən alınmasına baxmayaraq, bazarlarda volatillik yüksək olaraq qalır. Belə bir addım investorları bir az sakitləşdirməli idi, lakin bu baş vermədi. Analitiklər qızılın gələcək artımının dollardan asılı olacağını düşünürlər.

İndi investorların diqqəti bank sektorunun “Credit Suisse”-nin xilas edilməsinə necə reaksiya verəcəyinə yönəlib. İnvestorlar həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED, yerli Mərkəzi Bank) martın 22-də əsas faiz dərəcəsi ilə bağlı qərar veriləəcək iclasını gözləyirlər.

Xəzər
Cebhe.info