Güneyli idmançıya ağır həbs cəzası verildi

Güneyli idmançıya ağır həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsi tərəfindən güneyli idmançı Səhənd Nurməhəmmədzadəyə ağır həbs cəzası verilib.

Cebhe.info xəbər verir ki, idmançı 16 il həbs və 74 şallaq cəzasına məhkum edilib.

Bundan öncə də onun haqqında edam hökmü çıxarılmasına rəğmən, bu, İran Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.

S.Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə oğlunun cəzası barədə danışarkən bildirib ki, bu ədalətsiz qərardır və bir gəncin həyatı bununla məhv olur:

"Onsuz 5 dəqiqə içində keçirilən məhkəmədən bundan artıq nəsə gözləmək olar? Bir gənci ictimailəşmədən necə 16 il həbsdə saxlamaq olar? Bu hökm ədalətsizdir, rejim qeyri-insani hərəkət edir və bir gəncin həyatını məhv edir".

Cebhe.info