Gürcü şərabını ən çox hansı ölkə alır? - SİYAHI

Gürcü şərabını ən çox hansı ölkə alır? - SİYAHI

Gürcüstan ötən il 252 milyon dollar dəyərində şərab satıb ki, bu, 106 min 693 ton şərab deməkdir.

Cebhe.info gürcü mətbuatına istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə satış artımı 5 % təşkil edib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ixrac malları siyahısında şərab 4,5 % payla beşinci yeri tutub.

Qeyd edək ki, Rusiya gürcü şərabının əsas bazarı olaraq qalıb, onun payı 2021-ci ildəki 54,6 %-dən 2022-ci ildə 63,7 %-ə yüksəlib.

Beləliklə, gürcü şərabının ən çox satıldığı ilk on ölkənin siyahısını təqdim edirik:

*Rusiya - 160,8 milyon dollar, 73 128 ton;
*Polşa - 14,5 milyon dollar, 6 706 ton;
*Ukrayna - 13,5 milyon dollar, 6 446 ton;
*Çin - 12,5 milyon dollar, 3 988 ton;
*Qazaxıstan - 10 milyon dollar, 3 788 ton;
*Belarus - 7,5 milyon dollar, 3 172 ton;
*ABŞ - 5,2 milyon dollar, 1039 ton;
*Latviya - 4,3 milyon dollar, 1 597 ton;
*Almaniya - 3,2 milyon dollar, 851 ton;
*Litva - 2,1 milyon dollar, 803 ton.

Sevinc Tapdıqqızı
Cebhe.info