Gürcüstan parlamenti LGBT ilə bağlı qadağanı qəbul etdi
Gürcüstan parlamenti ölkədə LGBT təbliğatını, eləcə də cincin dəyişdirilməsini qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin plenar iclası zamanı 84 deputat qanunun lehinə səs verib.
Əleyhinə səs verən olmayıb.
Qanun imzalanması üçün ölkə Prezidenti Salome Zurabişviliyə göndəriləcək.
Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur. Qanun layihəsi bir neçə gün əvvəl Gürcüstan parlamentində ikinci oxunuşda qəbul edilmişdi.
"Cebheinfo.az"